Araz-Naxçıvan hazırlığı davam etdirir, Fernandes məşqlərə qayıtdı

Araz-Naxçıvan 12-ci turda Neftçi ilə oyuna hazırlaşır: Alberto Fernandes məşqlərə qayıdıb, Mustafa Əhmədzadə fərdi məşqlər görür, Ağadadaş Salyanski sabah…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Araz-Naxçıvan futbolçuları məşqdə
Foto: Sportinfo.az

18 noyabr 2026 Bu barədə Sportinfo.az məlumat yayıb.

Araz-Naxçıvan Misli Premyer Liqasının 12-ci turunda Neftçi ilə keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir. Klubun yaydığı məlumata görə, komandada bir sıra oyunçuların vəziyyəti dəyişib.

Ötən tur zədə səbəbindən iştirak edə bilməyən Alberto Fernandes artıq məşqlərə qayıdıb. Mustafa Əhmədzadə isə fərdi qaydada, fiziki hazırlıq üzrə məşqçinin tapşırıqlarını yerinə yetirib.

Həmçinin millinin düşərgəsində olan Ağadadaş Salyanskinin sabah komandaya qoşulacağı bildirilib.

Mənbə: Sportinfo.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər