Avropa Su İdmanı Federasiyası Bakıda konqres keçirdi
8 oktyabr 2026-cı ildə Bakıda Avropa Su İdmanı Federasiyasının konqresi çərçivəsində büro iclası və milli federasiyalarla təcrübə mübadiləsi sessiyası…

8 oktyabr 2026, Bakı — Avropa Su İdmanı Federasiyasının (European Aquatics) konqresi çərçivəsində Bakıda ilk rəsmi tədbirlər keçirilib. Tədbirlərdə federasiyanın Bürosunun iclası və milli federasiyaların nümayəndələri ilə təcrübə və bilik mübadiləsinə həsr olunmuş sessiya təşkil olunub.
İclas və sessiyada üzgüçülük və digər su idman növlərinin inkişafı, milli federasiyaların fəaliyyəti, yeni layihələrin reallaşdırılması və innovativ yanaşmalar əsas müzakirə mövzuları olub. Həmçinin beynəlxalq əməkdaşlığın genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Sessiya iştirakçıları müxtəlif ölkələrin su idmanı sahəsində uğurlu təcrübələrini təqdim edib və yeni ideya, təkliflərini bölüşüblər. Görüşlərdə həmçinin layihələrin praktik tətbiqi və federasiyalararası əməkdaşlığın gücləndirilməsi yolları müzakirə edilib.
Konqres Azərbaycan Su İdmanı Federasiyası ilə European Aquatics-in birgə təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir. Qeyd olunur ki, Bakı 2026-cı ildə "Dünya İdman Paytaxtı" statusunu daşıyır və bu mötəbər tədbir şəhərin beynəlxalq idman əlaqələrinin inkişafı baxımından əhəmiyyətini artırır.



