Azərbaycan cüdoçuları Düşənbədə beş medal əldə etdi
26 oktyabr 2026 — Gənclərdən ibarət Azərbaycan millisi Düşənbədə keçirilən Qran-Pridə bir gümüş və dörd bürünc olmaqla beş medal qazandı.

26 oktyabr 2026 — Tacikistanın paytaxtı Düşənbədə keçirilən cüdo üzrə gənclərdən ibarət Qran-Pri turnirini Azərbaycan millisi beş medalla başa vurub.
Turnirin son günündə milli komandamızdan Əli Qazıməmmədov (-90 kq) və Davud Namazlı (-100 kq) bürünc medal əldə ediblər.
Yarışın ilk günündə Vüsalə Hacıyeva (-57 kq) gümüş medal qazanıb. Eyni kateqoriyada Xədicə Qədəşova və -63 kq-da Hanna Zaytseva bürünc medal sahibi olublar.
Ümumilikdə Azərbaycan yığması Düşənbə Qran-Prisini bir gümüş və dörd bürünc olmaqla beş medalla tamamlayıb.
Mənbə: GettoSport
BU XƏBƏRDƏ
Azərbaycan millisi


