Azərbaycan gimnastlarının mundial heyəti bəlli oldu
Çində keçiriləcək batut və tamblinq üzrə dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək. Yarışın tam heyəti açıqlanıb.

Azərbaycan Gimnastika Federasiyası Çinin Nankin şəhərində təşkil olunacaq batut və tamblinq üzrə dünya çempionatında iştirak edəcək milli komandanın heyətini müəyyənləşdirib. Turnirdə ölkəmizi 7 gimnast təmsil edəcək.
Batut yarışlarında aşağıdakı idmançılar çıxış edəcəklər:
- Maqsud Mahsudov
- Selcan Mahsudova
- Hüseyn Abbasov
Tamblinq üzrə mübarizəyə isə dörd təmsilçimiz qatılacaq:
- Mixail Malkin
- Tofiq Əliyev
- Adil Hacızadə
- Aleksey Karataşov
Noyabrın 4-dən 8-dək baş tutacaq dünya çempionatında 34 ölkədən 360-dan çox idmançı mükafatlar uğrunda qüvvəsini sınayacaq.
Mənbə: GettoSport
BU XƏBƏRDƏ
Dünya çempionatı


