Azərbaycan mundialda 23 güləşçi ilə təmsil olunacaq
Oktyabrın 24-dən noyabrın 1-dək Astanada keçiriləcək dünya çempionatında Azərbaycanı 23 güləşçi və iki I-S dərəcəli referi təmsil edəcək. Seanslar Bakı vaxtı…

20 oktyabr 2026. Oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada "Barıs Arena"da təşkil olunacaq dünya çempionatında Azərbaycan 23 güləşçi ilə çıxış edəcək.
Milli komandaların heyəti və məşqçiləri belədir:
- Yunan-Roma (baş məşqçi Məhəmməd Bəna): Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Qurban Qurbanov (82 kq), İslam Abbasov (87 kq), Murad Əhmədiyev (97 kq), Sərxan Məmmədov (130 kq).
- Qadın güləşi (baş məşqçi əvəzi Toğrul Əsgərov): Jalə Əliyeva (57 kq), Ruzanna Məmmədova (59 kq), Birgül Soltanova (65 kq).
- Sərbəst güləş (baş məşqçi Xetaq Qazyumov): İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev (92 kq), Maqomedxan Maqomedov (97 kq), Giorgi Meşvildişvili (125 kq).
Turnirdə Azərbaycanı I-S dərəcəli referilər Asif Şirəliyev və Sədi Quliyev də təmsil edəcəklər.
Yarışın vaxt cədvəlinə görə gündüz seansları Bakı vaxtı ilə saat 09:30-da, axşam seansları isə 17:00-da başlayacaq.
Mənbə: GettoSport
BU XƏBƏRDƏ
Dünya çempionatı
Qurban Qurbanov


