Azərbaycan U-21 – Oman U-23 oyunu hansı kanalda yayımlanacaq?
Azərbaycan U-21 və Oman U-23 komandaları 14 noyabr saat 17:00-da qarşılaşacaq. Oyunu Azərbaycanda CBC Sport kanalı canlı yayımlayacaq.

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası noyabrın 14-də Omanın U-23 yığması ilə yoxlama oyununda üz-üzə gələcək. Saat 17:00-da start götürəcək qarşılaşmanı Azərbaycanda CBC Sport kanalı canlı yayımlayacaq.
Yayım kanalları:
- Azərbaycan: CBC Sport
Baş məşqçi Rəşad Eyyubovun rəhbərlik etdiyi komandamız Bank Respublika Arenada keçiriləcək görüşə hazırlaşır. Bu, millimizin Oman U-23 kollektivi ilə keçirəcəyi iki yoxlama oyunundan birincisi olacaq.
Tərəflər arasında ikinci qarşılaşma noyabrın 17-də baş tutacaq. Azarkeşlər oyunu qeyd olunan telekanal vasitəsilə izləyə bilərlər.
Hazırladı: GettoSport
BU XƏBƏRDƏ
Azərbaycan millisi


