Azərbaycan yunan-Roma komandası hazırlığa başladı
Milli yunan-Roma güləşi komandası baş məşqçi Məhəmməd Bəna rəhbərliyi ilə dünya çempionatının astana hazırlığının son mərhələsinə başlayıb. Turnir oktyabrın…

Son mərhələyə start verildi
Oktyabrın 14-də milli yunan-Roma güləşi komandası dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb. Hazırlıq prosesi baş məşqçi Məhəmməd Bəna və məşqçilər Bəhruz Həzrətipur, Rəsul Cəziinin rəhbərliyi altında keçirilir.
Toplaşmanın əsas məqsədi taktiki-texniki məşqlər və rəqiblərin təhlili üzərində işləməkdir. Məşqçilər heyətinin planına uyğun olaraq idmançılar fərdi və komanda səviyyəsində hazırlıq keçəcəklər.
Təlim-məşq toplanışına aşağıdakı güləşçilər cəlb olunublar:
- 55 kq: Eldəniz Əzizli, Emin Cavadlı
- 60 kq: Murad Məmmədov, Nihad Quluzadə
- 63 kq: Nihat Məmmədli, Tural Əhmədov
- 67 kq: Həsrət Cəfərov, Məhəmməd Qasımzadə
- 72 kq: Ülvü Qənizadə, Fəraim Mustafayev
- 77 kq: Sənan Süleymanov, Davud Məmmədov, Cavidan Nehmətov
- 82 kq: Qurban Qurbanov
- 87 kq: İslam Abbasov, Laçın Vəliyev, Emil Abasov
- 97 kq: Murad Əhmədiyev
- 130 kq: Sərxan Məmmədov, Beka Kandelaki
Qeyd edək ki, yunan-Roma güləşi üzrə dünya çempionatı Qazaxıstanın paytaxtı Astanada oktyabrın 24-dən 27-dək keçiriləcək.
Mənbə: GettoSport
Dünya çempionatı
Roma
Qurban Qurbanov


