Baku Arena təmirdən sonra Şəfa FK-yə 10 illik icarəyə verildi
Baku Arena-da genişmiqyaslı təmir işləri son mərhələyə daxil olub; stadion infrastrukturu yenilənib, tribunalar və fasad klubun rənglərinə uyğunlaşdırılıb.

27 oktyabr 2026 — Paytaxtdakı Baku Arena stadionunda aparılan genişmiqyaslı yenidənqurma işləri son mərhələyə daxil olub və Gənclər və İdman Nazirliyi idman qurğusunu Şəfa FK-ya uzunmüddətli, minimum 10 illik icarəyə verib.
Yenidənqurma çərçivəsində stadionun əsas meydançası tam bərpa olunub, ot örtüyü yenilənib. Komandalar, hakimlər, rəsmi şəxslər, mətbuat konfransları və digər xidmət sahələri üçün nəzərdə tutulmuş otaqlar hazır vəziyyətə gətirilib.
Stadionun vizual və texniki göstəriciləri klubun simvollarına uyğunlaşdırılıb: tribunalar rənglənib, azarkeş oturacaqlarında "Şəfa" sözü həkk edilib, xarici fasad göy-ağ çalarlara boyanıb. Mənbə yenidənqurma işlərinin yekunlaşmasına sayılı günlər qaldığını bildirir.
Əldə olunan məlumatlara görə, paytaxt təmsilçisi növbəti minimum 10 il ərzində Baku Arena-nın xidmətindən istifadə edəcək.
Mənbə: GettoSport
Şəfa


