Bernardu Silva zədə səbəbindən yığmanı tərk etdi
Portuqaliya millisinin üzvü Bernardu Silva Danimarka ilə matçda zədələnərək komandanın düşərgəsini tərk edib və Uelsə qarşı oyunu buraxacaq.

UEFA Millətlər Liqasında noyabrın 14-də Danimarka ilə qarşılaşan Portuqaliya milli komandasında itki baş verib. Komandanın yarımmüdafiəçisi Bernardu Silva matç zamanı zədələnib. Bu barədə Offsideplus.az məlumat yayıb.
Görüşün 79-cu dəqiqəsində meydana daxil olan futbolçu komandasının yeganə qoluna imza atıb. Lakin matçdan sonra aparılan tibbi müayinə nəticəsində onun zədə aldığı üzə çıxıb. Zədənin xarakteri və yaranma səbəbi barədə ətraflı məlumat verilməyib.
Yaranmış vəziyyətlə əlaqədar olaraq, Bernardu Silva yığmanın düşərgəsini tərk edib. O, noyabrın 17-də Uelsə qarşı keçiriləcək Millətlər Liqasının son tur matçında komandasına kömək edə bilməyəcək.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Millətlər Liqası
Portuqaliya millisi


