GETTOSPORT

"Borussiya"dan baş məşqçi ilə bağlı qərar

"Borussiya" rəhbərliyi baş məşqçi Niko Kovačın işindən tam razıdır. tərəflər uğurlu danışıqlar aparıb və yeni müqavilə imzalamaq barədə razılığa gəlib

GettoSport redaksiyası••1 dəq oxu
"Borussiya"dan baş məşqçi ilə bağlı qərar
Foto: Sportal.az

"Borussiya" rəhbərliyi baş məşqçi Niko Kovačın işindən tam razıdır.

tərəflər uğurlu danışıqlar aparıb və yeni müqavilə imzalamaq barədə razılığa gəliblər. Bu barədə "Bild" nəşri məlumat yayıb.

54 yaşlı mütəxəssisin klubla hazırkı anlaşması mövsümün sonuna kimidir. "Qara-sarılar" xorvatiyalı məşqçi ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalayacaqlar.

Qeyd edək ki, Niko Kovaç 2025-ci ilin fevralında "Borussiya"nın baş məşqçisi vəzifəsinə təyin olunub. Dortmund təmsilçisi Bundesliqada 4 turdan sonra 12 xal toplayıb və turnir cədvəlinin zirvəsində qərarlaşıb.

Son xəbərlər