GETTOSPORT

Ceyhun Nuriyev Litva yoxuşunda qələbəni və hisslərini bölüşdü

Azərbaycan millisinin yarımmüdafiəçisi Ceyhun Nuriyev UEFA Millətlər Liqasının 3-cü turunda Litvaya qarşı 1:0 qələbə sonrası fikirlərini səsləndirdi.

GettoSport redaksiyası••1 dəq oxu
Ceyhun Nuriyev millinin formasında mətbuat konfransında
Foto: Sportinfo.az

Ceyhun Nuriyev nəticə və duyğularını şərh etdi

Azərbaycan millisinin yarımmüdafiəçisi Ceyhun Nuriyev UEFA Millətlər Liqasının 3-cü turunda Litvanı 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra jurnalistlərə açıqlama verib. O, qarşılaşmanın gözləniləndən daha gərgin keçdiyini bildirib.

O, matçla bağlı bunları deyib: “Oyun belə ortada gedirdi. Belə olacağını təxmin etmişdik. Litva da bilirdi ki, bu, onlar üçün demək olar, son şansdır. Ona görə çox gərgin mübarizə keçdi. Matç gözlədiyimizdən də gərgin oldu. Amma qələbə qazandıq. Üç gün əvvəlki çox məyusedici nəticədən sonra toparlana bildik, yaxşı mübarizə apardıq”.

Nuriyev Lixtenşteynlə oyunda alınmayan nəticənin komandada iz qoyduğunu vurğulayıb: “Düzünü demək lazımdırsa, təzyiqi bəlkə də atdıq. Amma bu, unudulmur. Tarixdə qaldı ki, biz Lixtenşteyn kimi komandaya 0:0 oynadıq. Bu gün qələbə qazanmağımız hardasa bir az vicdanımızı rahatlatdı. Ən azından qələbə qazanmışıq, rəqib kimdirsə, fərqi yoxdur. Amma Lixtenşteynlə nəticə təəssüf ki, tarixdə qalacaq”.

Futbolçu iki görüş arasındakı əsas fərqin istək olduğunu da deyib: “Bu gün daha çox istəkli idik. Görünürdü ki, keçən oyun Lixtenşteyn bizdən daha çox istəkli idi, bu gün isə biz… Elə bil o oyun bizə soyuq duş, bir zərbə oldu və bu gün ayıldı”.

Son xəbərlər