Ceylen Braun şəxsi mükafatlara önəm vermədiyini bildirdi

Boston Seltiksin forvardı Ceylen Braun 2024-cü il çempionluğu və MVP mükafatları barədə danışaraq fərdi titullar üçün oynamadığını bildirib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Ceylen Braun Boston Seltiks formasında
Foto: Offsideplus.az

"Boston Seltiks" klubunun forvardı Ceylen Braun 2024-cü ildə qazanılan çempionluq zamanı fərdi təltiflərin onun üçün əhəmiyyətli olmadığını vurğulayıb.

Həmin mövsüm həm Şərq konfransı finalının, həm də liqanın həlledici final seriyasının ən dəyərli oyunçusu (MVP) seçilən basketbolçu şəxsi göstəricilər naminə mübarizə aparmadığını qeyd edib. O, yalnız çempionluğu həyatının ən parlaq anlarından biri kimi dəyərləndirdiyini söyləyib.

Amerikalı oyunçu mükafatlandırılma anını belə xatırlayıb:

"Heç vaxt hansısa fərdi mükafatı əldə etmək üçün oynamamışam. Mənə MVP titulu təqdim olunanda – yeri gəlmişkən, mənə iki mükafat verdilər: Şərq finalının və final seriyasının MVP-si – bunu gözləmirdim. Açığı, bu mənim üçün heç bir əhəmiyyət kəsb etmirdi. Mən bunun üçün oynamırdım. Bəzi insanlar üçün bu mükafatlar daha böyük məna daşıyır, amma mənim üçün belə deyil. Adım açıqlananda üz ifadəmdən şok olduğum görünürdü. Əgər bu mükafatı başqa biri alsaydı, reaksiyam yenə eyni olardı. Amma başqası üçün bu fərqli ola bilər".

Mənbə: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər