Qarabağ Seltiklə oxşar avrokubok xalı toplayıb
Football Meets Data 2021/22–2025/26 göstəricilərinə görə, Seltikin heyəti Qarabağdan 7 dəfədən baha olsa da, hər mövsümə düşən UEFA xalları demək olar eynidir.

30 oktyabr 2026 — Xorvatiyanın Football Meets Data analitik platforması 2021/22–2025/26 mövsümlərini nəzərə alaraq avropalı klubların heyət dəyərləri ilə UEFA reytinqindən əldə etdikləri ortalama xalları müqayisə edib. Araşdırma göstərir ki, bəzən daha baha heyətlər daha çox xal qazanmır.
Məsələn, Şotlandiyanın Seltik klubunun heyət dəyəri 158 milyon avro, Azərbaycan çempionu Qarabağın isə 22 milyon avrodur — beləliklə Seltikin heyəti Qarabağdan 7 dəfədən çox bahadır. Buna baxmayaraq, hər mövsümə düşən orta UEFA xallarına görə Seltik 8,8, Qarabağ isə 8,5 xal toplayıb.
Araşdırmada digər maraqlı müqayisələr də yer alıb: Mançester Yunaytedin heyəti 813 milyon avro qiymətləndirilərkən, Frayburqun heyəti 215 milyon avrodur; onların mövsümlük orta UEFA xalları müvafiq olaraq 19,1 və 18,8-dir. Həmçinin Türkiyənin Beşiktaş klubu 165 milyon avro dəyərində heyətə malik olduğu halda, Norveçin Budyo-Qlimt komandasının heyəti 41 milyon avro qiymətləndirilir; lakin Budyo-Qlimt hər mövsüm orta hesabla 12,8 xal, Beşiktaş isə 3,8 xal qazanıb.
Araşdırmada 2021/22 — 2025/26 mövsümlərinin məlumatlarından istifadə olunub və nəticələr göstərir ki, klubun bazar dəyəri ilə avrokuboklarda əldə etdiyi xallar arasında birbaşa və həmişə gözlənilən əlaqə yoxdur.
Mənbə: GettoSport
Qarabağ
Seltik
Beşiktaş
Mançester Yunayted


