Stiven Cerrard Maquayr və Şounun səviyyəsini tənqid etdi

30 oktyabr 2026 — Stiven Cerrard Harri Maquayr və Luk Şou haqqında danışıb, onun fikrincə hər iki futbolçu hazırda Mançester Yunayted üçün tələb olunan…

Dumanlı Albion redaksiyası••1 dəq oxu
Paylaş
Stiven Cerrard danışarkən mikrofon qarşısında
Foto: Sportinfo.az

30 oktyabr 2026 — “Liverpul”un sabiq kapitanı Stiven Cerrard “Mançester Yunayted”in müdafiəçiləri Harri Maquayr və Luk Şou barədə sərt fikirlərini bölüşüb.

Cerrard xarici KİV-ə verdiyi açıqlamada hər iki oyunçunun hazırki durumunu tənqid edərək, onların “Mançester Yunayted”in tələb etdiyi səviyyədə olmadığını bildirib. O, həmçinin klubun onlarla yollarını çoxdan ayırmalı olduğunu vurğulayıb.

Cerrard Maquayr haqqında: “Harri Maquayr həqiqətən parlaq karyera keçirib.” Luk Şou ilə bağlı isə keçmiş kapitan əlavə edib ki, Şou ilə milli komandada birgə oynamış və o, ən yaxşı dövründə möhtəşəm futbolçu olub.

Stiven Cerrardın fikrincə, hazırkı performansları nəzərə alınaraq həm Maquayr, həm də Şou “Mançester Yunayted”in tələb etdiyi səviyyəni təmin etmir və klub uzun müddət öncə bu oyunçularla yollarını ayırmalı idi.

Məqalədə xatırladılıb ki, “Mançester Yunayted” ən son 2013-cü ildə İngiltərə Premyer Liqasının qalibi olub.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər