Coş Hokit Aleks Pereyra ilə döyüşmək arzusundadır
Amerikalı döyüşçü Coş Hokit gələcək planları barədə danışaraq, Aleks Pereyra ilə qəfəsdə qarşılaşmaq istədiyini və şərəf uğrunda döyüşə hazır olduğunu bildirib.

Amerikalı döyüşçü Coş Hokit növbəti qarşılaşması ilə bağlı planlarını açıqlayıb. İdmançı iki əsas variant üzərində düşündüyünü bildirib: bunlardan biri Siril Qanla revanş döyüşü, digəri isə Aleks Pereyra ilə qarşılaşmaqdır. Bu barədə Offsideplus.az məlumat yayıb.
Hokit xüsusilə braziliyalı rəqibi ilə döyüşməyə üstünlük verdiyini vurğulayıb. O, Pereyranın idman dünyasındakı populyarlığını nəzərə alaraq, onunla qəfəsdə bacarıqlarını sınamaq istədiyini ifadə edib: "Pereyra ilə döyüşmək arzusundayam. O, sonsuza qədər çıxış etməyəcək, buna görə də ona dediklərimi qəfəsdə sübut etmək istəyirəm".
Amerikalı idmançı əlavə edib ki, Pereyranın növbəti döyüşünün nəticəsindən asılı olmayaraq, onunla şərəf və hörmət uğrunda mübarizə aparmağa hazırdır. Qeyd edək ki, Aleks Pereyra dekabrın 13-də keçiriləcək UFC 335 turnirində Sergey Pavloviçlə üz-üzə gələcək.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport



