GETTOSPORT

Dana Uayt UFC-nin dəyərini 50 milyard dollar qiymətləndirdi

UFC prezidenti Dana Uayt məşhur MMA promouşeninin cari dəyərinin təxminən 50 milyard dollar ola biləcəyini açıqlayıb.

GettoSport redaksiyası••1 dəq oxu
Dana Uayt mətbuat konfransında çıxış edərkən
Foto: İdman.biz

UFC prezidenti Dana Uayt dünyanın ən böyük qarışıq döyüş sənəti (MMA) promouşeninin təxminən 50 milyard dollar dəyərində olduğunu bildirib.

O, bu barədə “The Diary Of A CEO” YouTube kanalına müsahibəsində danışıb. Qurum rəhbəri bu rəqəmi “Los Anceles Leykers” basketbol klubunun 12,5 milyard dollara satılması ilə müqayisə edərək əsaslandırıb: “Əgər “Leykers” 12,5 milyard dollara satılıbsa, deməli, UFC 50 milyard dollar dəyərindədir”.

Xatırladaq ki, 2001-ci ilin yanvarında Frenk və Lorentso Fertitta qardaşları ilə birlikdə “Zuffa” şirkətini yaradan Uayt maliyyə çətinlikləri yaşayan “Semaphore Entertainment Group”dan UFC-ni cəmi 2 milyon dollara satın almışdı. O vaxtdan bəri təşkilat dünyanın aparıcı idman qurumlarından birinə çevrilib.

Son xəbərlər