Dayo Upamekano oktyabrın ən yaxşısı seçildi
Bavariya azarkeşləri Dayo Upamekanonu oktyabr ayının ən yaxşı oyunçusu seçib. O, səsvermədə 33,4% toplayıb və oktyabrda Bundesliqada dörd oyunda meydana…

15 noyabr 2026 — Fransalı müdafiəçi Dayo Upamekano oktyabr ayının Bayern Munich( Bavyariya) azarkeşləri arasında ayın ən yaxşı futbolçusu seçilib. Bu barədə Offsideplus.az məlumat yayıb.
Səsvermədə Upamekano 33,4 faiz nəticə ilə birinci olub. Onu Konrad Laimer 21 faiz və Harri Kane 20,5 faiz nəticə ilə izləyib. Bu, 28 yaşlı müdafiəçinin cari mövsümdə azarkeş səsverməsində ilk qələbəsidir.
Oktyabr ayında Upamekano Almaniya çempionatında dörd oyunda meydana çıxıb və həmin matçlarda "Frayburq" və Dortmund "Borussiya"sına qol vurub. Karyerasında Bundesliqada ilk dəfə ardıcıl iki matçda fərqlənməsi də məhz bu dövrə təsadüf edib.
Qeyd olunur ki, əvvəlki iki ayın azarkeş seçimi isə onun həmyerlisi Maykl Olise olub.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Bundesliqa
Bavariya
Borussiya Dortmund


