Den Huker BMF kəməri uğrunda döyüşə çıxmaq istəyir
UFC döyüşçüsü Den Huker Qətərdəki qələbəsindən sonra BMF kəməri uğrunda Maks Hollouey ilə üz-üzə gəlmək arzusunu dilə gətirib.

UFC döyüşçüsü Den Huker Qətərdə keçirilən turnirdə Brayan Orteqanı hakimlərin yekdil qərarı ilə məğlub etdikdən sonra yeni hədəfini açıqlayıb. O, BMF kəməri uğrunda Maks Hollouey ilə beş raundluq əsas döyüşdə qarşılaşmaq istədiyini bildirib. Bu barədə Offsideplus.az məlumat yayıb.
Hazırda BMF titulu Çarls Oliveyraya məxsusdur. Oliveyra bu kəməri Maks Hollouey üzərində qələbə qazandıqdan sonra əldə edib. Titulun sahibi özü də bu istiqamətdə maraqlı fikir səsləndirib: "Əgər BMF kəmərinin mənası bir-birimizi məhv etməkdirsə, onda bu kəməri məndən alın".
Qeyd edək ki, Çarls Oliveyra dekabrın 13-də baş tutacaq UFC 335 turnirində Dieqo Lopesə qarşı növbəti müdafiə döyüşünə çıxacaq.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport



