Dmitri Qrebenşikov Bakıda qızıl medal qazandı
5 noyabr 2026 — Bakı İdman Akademiyasında yanğın‑xilasetmə idmanının dünya çempionatında kişilər və qadınların ilk mükafatçıları müəyyənləşdi.

5 noyabr 2026 — Bakı İdman Akademiyasının stadionunda keçirilən yanğın‑xilasetmə idmanı üzrə dünya çempionatında (kişilər XXI, qadınlar XII) ilk mükafatçılar müəyyənləşib. Bu barədə Sportinfo.az məlumat yayıb.
Kişilər arasında hücum nərdivanı ilə 4-cü mərtəbəyə qalxma növündə ilk üç yeri Rusiya idmançıları tutublar. Dmitri Qrebenşikov qızıl, Zelimxan Kubayev gümüş, Stanislav Titorenko isə bürünc medal əldə edib.
Qadınların hücum nərdivanı ilə 2-ci mərtəbəyə qalxma növündə isə birincilik Mariya Katasevaya (Rusiya), ikincilik Aleksandra Lasenkovaya (Belarus), üçüncülük Yekaterina Sidorenkoya (Rusiya) nəsib olub.
Çempionat çərçivəsində idmançılar dörd əsas növ üzrə mübarizə aparırlar: hücum nərdivanı ilə tədris qülləsinin ikinci və dördüncü mərtəbələrinə qalxma, 100 metr məsafəyə maneəli qaçış, 4x100 metr yanğın estafeti və döyüş açılışı.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Dünya çempionatı


