Donnarumma-nı Mareska müdafiə etdi: səhvlər mövsümün hissəsidir
Mançester Siti baş məşqçisi Enzo Mareska Canluici Donnarummanın səhvlərini izah edib, qapıçının psixoloji cəhətdən güclü olduğunu vurğulayıb. Klub oktyabrın…

28 oktyabr 2026, Çərşənbə.
Mançester Siti-nin baş məşqçisi Enzo Mareska komandasının qapıçısı Canluici Donnarummanın son dönəmdəki çıxışına münasibət bildirib. O, Donnarummanın buraxdığı səhvlərin mövsümün bir hissəsi olduğunu deyib və qolkiperə inamını ifadə edib.
Mareska bildirib: “İşə başladığımız ilk gündən Donnarumma özünü yaxşı göstərir. Ancaq səhvlər də mövsümün bir hissəsidir. Futbolçular bu qədər çox oyun keçirəndə, səhvsiz oynamaq demək olarki mümkün deyil. Amma o, psixoloji cəhətdən güclü oğlandır və hər şeyi özü də anlayır”.
Klubun açıqladığı rəqəmlərə görə, Donnarumma bu mövsüm Mançester Siti üçün bütün turnirlərdə 12 matçda meydana çıxıb, 17 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.
Mançester Siti oktyabrın 28-də İngiltərə Liqa kubokunun 1/8 finalında Braytonu qəbul edəcək. Qarşılaşmanın start fitinin saat 23:30-da səslənəcəyi bildirilib.
Mənbə: GettoSport
Canluici Donnarumma
Mançester Siti


