Düayt Pauell "Fənərbaxça" klubuna keçməyə yaxındır

Kanadalı təcrübəli mərkəz oyunçusu Düayt Pauell karyerasını Türkiyənin "Fənərbaxça" basketbol klubunda davam etdirməyə hazırlaşır.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Düayt Pauell basketbol formasında
Foto: Offsideplus.az

Kanadalı təcrübəli mərkəz oyunçusu Düayt Pauell karyerasını "Fənərbaxça"da davam etdirməyə yaxındır. İstanbul təmsilçisi 35 yaşlı basketbolçu ilə müqavilənin son detallarını razılaşdırmaqdadır. Bu barədə Offsideplus.az məlumat yayıb.

Avropanın bir neçə digər klubu da təcrübəli oyunçuya maraq göstərsə də, o, "Fənərbaxça"nın heyətini gücləndirməyə hazırdır. Pauell oktyabrın ortalarında 12 mövsüm ərzində çıxış etdiyi "Dallas Maveriks" klubundan ayrılmışdı.

Qeyd edək ki, kanadalı basketbolçu NBA-də keçirdiyi 768 matçda orta hesabla 6,5 xal və 4,2 ribaund göstəricisi ilə yadda qalıb.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər