"Əl-Nəsr"in hücumçusu "Barselona"ya qayıtmaq istəyir
"Əl-Nəsr"lə müqaviləsi mövsümün sonunda başa çatan Joau Feliş Avropaya qayıtmağı planlaşdırır. bu barədə "Diario Sport" nəşri məlumat yayıb. Portuqali
GettoSport redaksiyası••1 dəq oxu

"Əl-Nəsr"lə müqaviləsi mövsümün sonunda başa çatan Joau Feliş Avropaya qayıtmağı planlaşdırır.
bu barədə "Diario Sport" nəşri məlumat yayıb.
Portuqaliyalı hücumçu Səudiyyə Ərəbistanı klubu ilə yeni sözləşmə imzalamayacaq. 26 yaşlı futbolçu 2023/24 mövsümündə icarə əsasında formasını geyindiyi "Barselona"ya qayıtmaq istəyir.
Qeyd edək ki, "Əl-Nəsr" Joau Felişi 2025-ci ilin yayında "Çelsi"dən 35 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü cari mövsümdə Asiya təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu xəbərdə
Əl-Nəsr
Barselona
Çelsi
Portuqaliya millisi


