GETTOSPORT

Elçin İsmayılov və Fərhad Məmmədov yeddinci dan aldı

10 oktyabr 2026-da Bakıda Milli Gimnastika Arenasında keçirilən mərasimdə Azərbaycanın cüdo nümayəndələrinə altıncı və yeddinci dan dərəcələri üzrə…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Milli Gimnastika Arenasında cüdo üzrə dan sertifikatlarının təqdim olunması
Foto: İdman.biz

10 oktyabr 2026-da Bakıda, Milli Gimnastika Arenasında keçirilən mərasimdə Azərbaycan cüdo nümayəndələrinə altıncı və yeddinci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib. Təqdimetmə dünya çempionatı çərçivəsində baş tutub və mərasimdə sertifikatları Beynəlxalq Cüdo Federasiyasının Təhsil və Məşqçilik üzrə direktoru Mohamed Meridja verib.

Yeddinci dan dərəcəsinə layiq görülənlər:

  • Elçin İsmayılov
  • Fərhad Məmmədov

Altıncı dan dərəcəsi təqdim edilənlər:

  • Elxan Məmmədov
  • İrina Kindzerska
  • Orxan Səfərov
  • Nicat Şıxəlizadə
  • Rüfət İsmayılov
  • Mübariz Cəfərov

Azərbaycan Cüdo Federasiyası bildirir ki, dan dərəcələri cüdoda yüksək ustalıq, bilik və təcrübə səviyyəsini əks etdirir.

Paylaş
Bu xəbərdə

Son xəbərlər