Elmir Əliyev final səhvlərinə görə dünya çempionluğunu itirdiyini dedi
Elmir Əliyev 19 oktyabr 2026 — Las-Veqasda U-23 dünya çempionatının finalında səhvlərə yol verərək ikinci dəfə dünya çempionu ola bilmədiyini bildirib və…

19 oktyabr 2026 — ABŞ-ın Las-Veqas şəhərində keçirilən güləş üzrə U-23 dünya çempionatında gümüş medal qazanan yunan-Roma güləşçisi Elmir Əliyev finalda yol verdiyi səhvlərə görə ikinci dəfə dünya çempionu ola bilmədiyini bildirib.
Final qarşılaşmasında Əliyev Qazaxıstan təmsilçisi Aybek Aytbekova ilə üz-üzə gəlib və 4:13 hesabı ilə məğlub olaraq turniri ikinci pillədə başa vurub.
Gümüş mükafatçımız qarşılaşmanı şərh edərək hazırlığın yaxşı olduğunu, lakin həlledici dövrlərdə müəyyən səhvlərə yol verdiyini etiraf edib: “Yarışa çox yaxşı hazırlaşmışdıq. Finalda bəzi səhvlərə yol verməsəydim, ikinci dəfə dünya çempionu ola bilərdim”.
Elmir Əliyev gələcək planları barədə də danışıb və böyüklər kateqoriyasında Avropa və dünya çempionu olmağı əsas məqsədi kimi göstərib: “Məqsədimə çatmaq üçün əlimdən gələni edəcəyəm”.
Mənbə: GettoSport
Dünya çempionatı


