Elvin Cəfərquliyev noyabrda meydanlara qayıdacaq

Qarabağ və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev atası Eldar Cəfərquliyevin sözlərinə görə noyabrda komandaya qoşulacaq; o, avqustun 13-də…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Elvin Cəfərquliyev məşqdə bərpa prosesi zamanı
Foto: İdman.biz

29 oktyabr 2026. Qarabağ və Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev noyabr ayında yenidən məşqlərə və oyunlara qayıdacaq. Bu açıqlamanı futbolçunun atası Eldar Cəfərquliyev verib.

Atasının sözlərinə görə, iki aydan çoxdur zədə səbəbindən kənarda qalan Elvinin əməliyyatdan sonrakı bərpa prosesi yaxşı gedir: “Həm fiziki vəziyyəti, həm də psixoloji durumu çox yaxşıdır. Hər şey qaydasındadır. Noyabrdan Qarabağ’a qoşulacaq”.

Elvin Cəfərquliyev avqustun 13-də UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsində Dinamo (Kiyev) ilə cavab oyununda zədələnmişdi. Həkim müayinəsində sol budun arxa əzələ qrupuna (hamstring) daxil olan m. semitendinosusun distal vətində zədələnmə aşkarlandığından o, sentyabrın 2-də əməliyyat olunub.

Atanın verdiyi məlumata görə, futbolçunun reabilitasiyası plan üzrə davam edir və noyabr ayında klubuna qatılacağı gözlənilir.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər