Əmrah Şəfiyev ABŞ səfirliyinin təbrikini aldı
ABŞ-ın Bakıda keçirilən sumo dünya çempionatını ziyarət edən müvəqqəti işlər vəkili və səfirlik Əmrah Şəfiyevin tarixə keçən qızılını təbrik edib, amerikalı…

22 oktyabr 2026 — ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Bakıda keçirilən sumo üzrə dünya çempionatını ziyarət edərək Azərbaycan idmançısı Əmrah Şəfiyevin bu ölkə üçün ilk dünya çempionluğu qızıl medalını qazanmasını təbrik edib.
Səfirliyin sosial şəbəkə paylaşımında ABŞ milli komandasının nəticələri də vurğulanıb: Kelliann Boll gümüş medal, Etan Peres bürünc medal qazanıb, ABŞ-ın qadınlar komandası isə üçüncü yeri tutub. Həmçinin dörd amerikalı idmançının daha medal uğrunda mübarizəyə yüksəldiyi bildirilib.
Səfirliyin paylaşımında Əmrah Şəfiyevin nailiyyətinə xüsusi diqqət yetirilib: “Azərbaycanlı sumoçu Əmrah Şəfiyevin ölkəsi üçün tarixdə ilk qızıl medalı qazanmasının şahidi olmaq bizim üçün böyük sevinc idi. Təbrik edirik!”
Diplomatik nümayəndəlik həmçinin Bakıda belə mötəbər beynəlxalq yarışın təşkilinə görə təşəkkürünü bildirib: “Belə möhtəşəm beynəlxalq idman tədbirinin keçirilməsinə görə təşkilatçılara təşəkkür edirik. Bütün idmançıları təsirli çıxışlarına, əzmkarlıqlarına və idman ruhuna görə alqışlayırıq”.
Mənbə: GettoSport
Dünya çempionatı


