Erhan Toker: Hakimlər təxribatları görmədi, Freyzer meydandan qovuldu
LANDAU Lions-un baş məşqçisi Erhan Toker 2 noyabr 2026-da Azərbaycan Basketbol Liqasının V turunda Neftçiyə 84:86 hesabı ilə məğlub olduqları oyunu şərh edib…

2 noyabr 2026 — LANDAU Lions-un baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının beşinci turunda Neftçiyə 84:86 hesabı ilə məğlub olduqları matçdan sonra fikirlərini bölüşüb. Toker oyuna pis başladıqlarını, lakin ikinci hissədə toparlanmağa çalışdıqlarını bildirib. Bu barədə Sportinfo.az məlumat yayıb.
Baş məşqçi rəqibin komandası tərəfindən davamlı təxribatların olduğunu, hakimlərin isə bu halları qeydə almadığını vurğulayıb: “Rəqib bizi daim təxribata çəkmırdı. Təəssüf ki, hakimlər də bunu görmədilər. Onların hansısa tərəfi tutduğunu düşünmürəm, sadəcə bu təxribatları qeydə almadılar.”
Toker həmçinin oyun zamanı Ceyms Freyzerin meydandan qovulduğunu qeyd edib və bu qərarın komandaya təsirindən danışıb: “Nəticədə Ceyms Freyzer meydandan qovuldu. O, danışmamalı idi, danışdı və oyundan kənarlaşdırıldı. Bu da vəziyyətimizi bir qədər çətinləşdirdi. Freyzer bizim üçün vacib oyunçudur.”
O, məğlubiyyətdən nəticə çıxaracaqlarını, səhvləri təhlil edib növbəti görüşlərə yüksək motivasiya ilə hazırlaşacaqlarını bildirib və qalib gələn komandanı təbrik edib.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Neftçi


