Erlinq Haaland Mançester Sitidən pulsuz gedə bilər, menecerlər hazırlıq görür
Nick Harris-in məlumatına görə, Mançester Siti hüquqi mübarizəni udmasa, Erlinq Haaland və digər ulduzlar müqaviləni birtərəfli pozub azad agent ola bilərlər…

17 noyabr 2026 — Araşdırmaçı jurnalist Nick Harris-in bildirdiyinə görə, İngiltərənin "Mançester Siti" klubunun davam edən hüquqi mübarizəni uduzması halında komandadakı aparıcı oyunçular, o cümlədən Erlinq Haalandın pulsuz ayrılma ehtimalı aktuallaşır. Bu barədə Offsideplus.az məlumat yayıb.
Harris yazır ki, klub üzərinə ağır idman sanksiyaları (aşağı liqaya salınma və ya avrokuboklardan uzaqlaşdırılma) tətbiq olunacağı halda FIFA qaydalarına əsasən futbolçular müqaviləni birtərəfli qaydada pozub azad agentə çevrilə bilərlər. Hazırda Haalandın "Mançester Siti" ilə müqaviləsinin 2034-cü ilin yayına qədər qüvvədə olduğu vurğulanır.
Həmçinin mənbədə qeyd olunur ki, klubun vəziyyəti pisləşərsə, bir neçə aparıcı futbolçunun menecerləri artıq apellyasiya şikayətlərinin uğursuzluğu ehtimalına qarşı müştərilərinin bizə azad agent kimi komandanı tərk etmə yollarını araşdırırlar. Bu çərçivədə Florentino Peresin gələn mövsüm ərzində Haalandı "Real Madrid"ə gətirmək istəyi ilə bağlı inamın artdığı da bildirilir.
Harris-in xəbərində "Mançester Siti"yə qarşı hüquqi proseslərin nəticəsi gözlənilərkən klubun kütləvi ayrılıq riski və menecerlərin ehtiyat planları önə çıxır.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Mançester Siti
Erlinq Holann
Real Madrid


