GETTOSPORT

Ertem Şener Sabahın Çempionlar Liqası matçına gəlir

Türkiyəli şərhçi Ertem Şener UEFA Çempionlar Liqasında Sabah ilə Slaviya Praqa arasında keçiriləcək qarşılaşmanı izləmək üçün Bakıya səfər edəcək.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Futbol şərhçisi Ertem Şener
Foto: İdman.biz

Türkiyənin tanınmış futbol şərhçisi Ertem Şener UEFA Çempionlar Liqasının liqa mərhələsində "Sabah"ın ev oyununu izləmək üçün Bakıya səfər edəcək. O, paytaxt təmsilçisinin dəvəti ilə oktyabrın 13-də Bakı Olimpiya Stadionunda təşkil olunacaq "Sabah" – "Slaviya Praqa" görüşündə iştirak edəcək.

Türkiyəli şərhçi bu dəfə qarşılaşmanı heç bir televiziya kanalı üçün şərh etməyəcək. Bakı klubunun rəhbərliyi turnirdəki ilk ev matçı öncəsi xüsusi şou-proqram hazırlayıb və tədbirin beynəlxalq mediada geniş işıqlandırılması məqsədilə xaricdən məşhur simaları dəvət edib. Ertem Şener də qonaq qismində çağırılan şəxslər sırasındadır.

Tanınmış şərhçi ötən mövsüm "Qarabağ"ın Çempionlar Liqasındakı oyunları zamanı da Bakıya səfər etmiş və həmin görüşləri "Sport TV" telekanalında şərh etmişdi.

"Sabah" ilə Çexiyanın "Slaviya Praqa" komandası arasındakı qarşılaşma oktyabrın 13-də saat 20:45-də start götürəcək.

Paylaş

Son xəbərlər