Evan Elder uzun fasilədən sonra UFC 334-də döyüşəcək
Ayaq biləyindəki zədə səbəbindən təxminən 20 ay qəfəsdən kənarda qalan Evan Elder UFC 334 turnirində Samuel Sanchesə qarşı geri dönüş edəcək.

Ayaq biləyindən aldığı zədə səbəbindən uzun müddətdir qəfəsdən kənarda qalan Evan Elder UFC 334 turnirində Samuel Sanchesə qarşı döyüşəcək. Bu barədə Offsideplus.az məlumat yayıb.
2025-ci ilin sentyabrında Tom Nolan ilə qarşılaşmalı olan idmançı zədə üzündən təxminən 20 ay fasilə vermək məcburiyyətində qalıb. Bu müddətdə tam həcmdə məşq edə bilməsə də, fiziki fəaliyyətini davam etdirdiyini bildirən Elder zədələr zamanı işləməyin çətin olduğunu, lakin bunun mümkün olduğunu qeyd edib.
O, fasilə dövründə təkcə bədənini deyil, həm də zehni hazırlığını gücləndirdiyini vurğulayıb: “Həmişə nəyisə yaxşılaşdırmaq mümkündür. Ayaq və diz zədələri ilə məşq etmək çətin olsa da, yenə də işləmək mümkündür. Vizuallaşdırma və döyüş texnikalarını izləməklə də inkişaf etdim”.
Çətinliklərin insanı daha çox böyütdüyünü deyən döyüşçü müsbət düşüncə və ardıcıllığın uğurun əsas açarı olduğunu əlavə edib.
Qeyd edək ki, UFC 334 turnirinin əsas döyüşləri Bakı vaxtı ilə saat 01:00-da başlayacaq və yalnız Paramount+ platforması vasitəsilə yayımlanacaq.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport



