FIFA avtomatik bir oyunluq diskvalifikasiyanı qadağan etmək istəyir
FIFA oktyabrın 15-də Sürixdə keçiriləcək Şura iclasında qırmızı vərəqə alan futbolçuların avtomatik bir oyunluq diskvalifikasiyasının icranın dayandırılmasını…

FIFA oktyabrın 15-də Sürixdə keçiriləcək Şura iclasında 2026 Dünya Çempionatında ABŞ millisinin hücumçusu Folarin Baloqunla bağlı qalmaqaldan sonra intizam qaydalarında dəyişiklik təklifini müzakirəyə çıxaracağı gözlənilir.
Təşkilatın məqsədi qırmızı vərəqə alan futbolçulara avtomatik tətbiq edilən bir oyunluq diskvalifikasiyanın icranın dayandırılmasını qadağan etməkdir. Bu təşəbbüs Baloqunun mundial zamanı dərhal cəzalandırılmaqdan yayınması ilə bağlı yaranan narazılıq fonunda irəli sürülüb.
Məsələ oktyabrın 15-dəki Şura gündəliyinə son anda əlavə edilib. İki həftə əvvəl açıqlanan iclas proqramında yalnız intizam prosedurlarına ümumi baxış nəzərdə tutulurdu, lakin hazırda konkret qayda dəyişikliyinin müzakirəyə qoyulacağı bildirilib.
FIFA-nın planlaşdırdığı dəyişikliklər daha uzun müddətli diskvalifikasiyaların icrasının dayandırılması imkanlarına təsir etməyəcək. Qeyd olunur ki, təşkilat daha əvvəl də Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldoya tətbiq edilən cəzanı yüngülləşdirmişdi.
Mənbə: GettoSport
Kriştiano Ronaldo
Dünya çempionatı
Portuqaliya millisi


