FIFA Bakıdakı U-15 dünya çempionatının yayımlarını açıqladı

FIFA oktyabrın 24–30-da Bakıda keçirilən ilk U-15 dünya çempionatının bütün oyunlarının FIFA+ vasitəsilə DAZN-də canlı və pulsuz yayımlanacağını bildirdi.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Bakı Kristal Zalında və Hövsan İdman Kompleksində keçirilən U-15 oyunlarından görüntü
Foto: İdman.biz

FIFA oktyabrın 24–30-da Bakıda keçirilən ilk U-15 dünya çempionatının və festivalının bütün oyunlarını necə izləmək mümkün olduğunu açıqlayıb. Təşkilatın məlumatına görə, qarşılaşmalar FIFA+ xidməti vasitəsilə DAZN platformasında canlı və ödənişsiz yayımlanacaq.

Yayımlar Hövsan İdman Kompleksi və Bakı Kristal Zalında (Baku Crystal Hall) keçirilən bütün görüşləri əhatə edəcək. FIFA həmçinin eyni vaxtda 20-yə qədər matçın paralel olaraq yayımlanacağını bildirib.

Azarkeşlərə turnirin açılış mərasimi və yarış çərçivəsində təşkil olunan digər tədbirləri izləmək imkanı da veriləcək. Bütün matçlara həm canlı, həm də sonradan təkrar olaraq baxmaq mümkün olacaq.

Bu ilk FIFA U-15 Dünya çempionatında 189 milli futbol assosiasiyasının təmsilçiləri iştirak edir; onların 78-i üçün Azərbaycandakı turnir FIFA dünya çempionatları səviyyəsində debütdür. Görüşlər qeyri-adi 8-ə 8 formatında keçirilib, hər oyun 20 dəqiqəlik iki hissədən ibarətdir.

Turnir çərçivəsində təxminən minə yaxın matçın təşkil edilməsi planlaşdırılır. Yarış oktyabrın 30-da başa çatacaq və həmin gün altı yarış səviyyəsinin qalibləri, o cümlədən ilk FIFA U-15 dünya çempionu müəyyənləşəcək.

Mənbə: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər