FIFA U-15 dünya çempionatı bu gün Bakıda başlayır

Bakıda 15 yaşadək futbolçular arasında ilk dəfə təşkil olunan dünya çempionatı start götürür. Azərbaycan millisi ilk oyununu Timor-Lesteyə qarşı keçirəcək.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Bakıda keçirilən FIFA U-15 dünya çempionatının açılış mərasimi
Foto: İdman.biz

Bakıda oktyabrın 24-də 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı başlayır. Tarixdə ilk dəfə təşkil olunan mötəbər yarışa Azərbaycan ev sahibliyi edir. Turnirin rəsmi açılış mərasimi saat 19:00-da “Kristal Zal”da təşkil olunacaq.

Ümumilikdə 189 ölkənin qatıldığı mundial çərçivəsində minə yaxın görüşün keçirilməsi planlaşdırılır. Yarışın açılış və bağlanış mərasimləri ilə yanaşı, həm ilk qarşılaşma, həm də final oyunu “Kristal Zal” arenasında baş tutacaq.

Turnirdə ölkəmizi Famil Xəlilovun rəhbərlik etdiyi U-16 millisi təmsil edəcək. “AF” qrupunda yer alan yığmamız Andorra, Avstraliya, Haiti, İsrail və Timor-Leste komandaları ilə mübarizə aparacaq. Komandamız çempionatdakı ilk matçını saat 19:30-da Timor-Leste kollektivinə qarşı keçirəcək.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər