GETTOSPORT

Formula-1 2030-cu ildə Ruandada Qran-pri keçirə bilər

Formula-1 çempionatı Afrikaya qayıtmağı planlaşdırır. 2030-cu ildə Ruandada yarışın təşkili üçün artıq razılıq əldə olunduğu bildirilir.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Formula-1 bolidinin yarış trasında hərəkətini əks etdirən ümumi görünüş
Foto: İdman.biz

“Formula-1” çempionatı Afrikada yarışların təqvimə qaytarılması istiqamətində addımlar atır və 2030-cu ildə Ruandada Qran-pri təşkil oluna bilər.

Mövcud məlumatlara əsasən, bu istiqamətdə artıq razılıq əldə olunub və yaxın həftələrdə rəsmi açıqlamanın verilməsi nəzərdə tutulur. Yeni yarış trasının ölkə paytaxtı Kiqalidən təxminən 40 kilometr aralıda yerləşən Bucesera beynəlxalq hava limanının yaxınlığında tikilməsi planlaşdırılır.

Xatırladaq ki, “Formula-1” tarixində Afrikada sonuncu dəfə yarış 1993-cü ildə baş tutub. Həmin Qran-pri “Kyalami” trasında keçirilmişdi.

Paylaş

Son xəbərlər