GETTOSPORT

Gediminas Orelik qrupdan çıxmaq üçün hər şey edəcəklərini bildirib

LANDAU Lions komandasının basketbolçusu Gediminas Orelik FIBA Avropa Kubokundakı məğlubiyyətdən və komandanın qarşıdakı hədəflərindən danışıb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Gediminas Orelik oyunda mübarizə apararkən
Foto: İdman.biz

“LANDAU Lions” klubunun litvalı basketbolçusu Gediminas Orelik komandanın cari mövsüldəki çıxışı və qarşıdakı hədəfləri barədə açıqlama verib.

36 yaşlı hücumçu FIBA Avropa Kubokunun G qrupunda Bakıda İsveçrənin “Lions de Geneve” kollektivinə 83:105 hesabı ilə uduzduqları matçı dəyərləndirib: “Həm hücumda, həm də müdafiədə çox bərbad çıxış etdik. Bunun dəqiq səbəbini bilmirəm, bəlkə də hazırlıq matçlarının azlığı və ya digər amillər təsirini göstərdi. Məşqlərdə yaxşı təsir bağışlasaq da, görünür, hələ də bir-birimizi tam hiss edə və meydançada lazımi köməyi göstərə bilmirik. İnanıram ki, bu, cari mövsümdə göstərdiyimiz sonuncu ən pis oyun olacaq”.

Təcrübəli oyunçu mərhələ adlamaq əzmində olduqlarını vurğulayıb: “Tədricən öz oyunumuzu tapacağıq və hər matçda daha yaxşı təsir bağışlamağa çalışacağıq. Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

Şəxsi statistikasına toxunan Orelik komanda uğurunun hər şeydən üstün olduğunu qeyd edib: “Şəxsi çıxışım haqqında danışmağı sevmirəm. Əgər məğlub oluruqsa, deməli, çıxışım pisdir. Mən az xal toplayım, təki komanda qələbə qazansın. Yaşımın bu mərhələsində şəxsi statistikalarım haqqında düşünmürəm. Bizim üçün prioritet komandanın uğuru və qələbəsidir”.

Xatırladaq ki, FIBA Avropa Kubokunun G qrupunda “LANDAU Lions” və “Lions de Geneve” ilə yanaşı, Slovakiyanın “Prievidza”, Danimarkanın “Bakken Birs”, Türkiyənin “Dənizli Basket” və Portuqaliyanın “Benfika” klubları da mübarizə aparır.

Paylaş
Bu xəbərdə

Son xəbərlər