Gənclər və İdman Nazirliyi təhlükəsizlik platforması yaratdı
Gənclər və İdman Nazirliyi idman mühitində təhlükəsizliyi təmin etmək məqsədilə Safeguarding Platformasını istifadəyə verib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən idman mühitində təhlükəsizliyin təmin edilməsi məqsədilə Safeguarding Platforması istifadəyə verilib. Bu barədə Sportinfo.az məlumat yayıb.
Yeni yaradılan platforma idmançıların, xüsusilə də uşaqların və həssas qrupların hüquqlarının qorunmasına, həmçinin zorakılıq, ayrı-seçkilik və digər arzuolunmaz halların qarşısının alınmasına xidmət edir.
İdmançılar, məşqçilər, valideynlər, hakimlər, könüllülər, klub və federasiya əməkdaşları, eləcə də digər şəxslər bu sahədə müşahidə etdikləri narahatedici məqamlarla bağlı xüsusi linkə daxil olaraq istənilən vaxt məxfi şəkildə müraciət edə bilərlər.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport



