GETTOSPORT

Gerardo German Pineda rinqdə zərbədən sonra öldü

Meksikada Hidalgo ştatında keçirilən peşəkar güləş şousunda 75 yaşlı hakim Gerardo German Pineda martinete fəndi sonrası aldığı zərbədən dünyasını dəyişib…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Rinqdə peşəkar güləş nümayişi və hakim
Foto: İdman.biz

8 oktyabr 2026 — Meksikanın Hidalgo ştatının Mineral de la Reforma şəhərində keçirilən peşəkar güləş şousu zamanı hakim Gerardo German Pineda (“El Búho”), rinqdə aldığı zərbədən sonra dünyasını dəyişib.

Hadisə “Deslealtades” şousu zamanı baş verib. İlkin məlumata görə, güləşçi El Hijo de Fishman adlı rəqibinə qarşı başıaşağı vəziyyətdə yerə çırpma ilə icra olunan “martinete” fəndini tətbiq edib. Zərbədən sonra 75 yaşlı referi huşunu itirib; hadisə yerinə çağırılan təcili yardım əməkdaşları onun həyatını xilas edə bilməyiblər.

Hadisə ilə bağlı El Hijo de Fishman polis tərəfindən saxlanılıb. Meksika məhkəmə və hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Məlumata görə, iş ehtiyatsızlıqdan adamöldürmə maddəsi üzrə araşdırıla bilər və təqsirləndirilərsə güləşçi 5 ildən 15 ilədək həbs cəzası ilə üzləşa bilər.

Hadisənin bütün təfərrüatları hələ də hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Rəsmi nəticələr və mümkün hüquqi addımların detalları sonrakı açıqlamalarda məlum olacaq.

Paylaş

Son xəbərlər