Harri Keynin Bavariya ilə yeni müqaviləsinin məbləği açıqlandı

Bavariya klubunun hücumçusu Harri Keynin yeni müqaviləsinin maliyyə detalları məlum olub. Forvard həftədə 475 min avro qazanacaq.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Harri Keyn Bavariya formasında
Foto: İdman.biz

“Bavariya”nın hücumçusu Harri Keynin yeni müqaviləsi üzrə maliyyə şərtləri aydınlaşıb. Otuz üç yaşlı futbolçu imzalanacaq yeni sazişə əsasən həftəlik 400 min funt-sterlinq, yəni təqribən 475 min avro qazanc əldə edəcək. Bu məbləğ oyunçunun 2023-cü ildən bəri aldığı əməkhaqqı ilə eynilik təşkil edir.

Məlumata görə, təcrübəli forvard karyerasını 2030-cu il dünya çempionatına qədər yüksək səviyyədə davam etdirmək üçün müqaviləsini həmin ilə qədər uzatmaq niyyətində olub. Lakin Münhen təmsilçisi sənədin 2029-cu ilə qədər yenilənməsində israr göstərib.

Xatırladaq ki, Harri Keyn 2023-cü ilin yayından Almaniya nəhənginin şərəfini qoruyur. O, bu müddət ərzində bütün turnirlərdə disputlara qatıldığı 156 matçda 154 dəfə rəqib qapısına yol tapıb və 37 məhsuldar ötürmə ilə yadda qalıb. İngiltərəli hücumçu komanda ilə birlikdə iki dəfə Bundesliqa çempionluğu, eləcə də Almaniya kuboku və Superkubokunun qalibi adını qazanıb.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər