Həbib Nurməhəmmədov əmisi oğlunu həbsdən azad etdirdi
UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədov BƏƏ rəsmiləri ilə danışıqlar apararaq əmisi oğlu Usmanın həbsdən buraxılmasına nail olub.

17 noyabr 2026 — UFC-nin keçmiş çempionu Həbib Nurməhəmmədov Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri ilə apardığı danışıqlardan sonra əmisi oğlu Usman Nurməhəmmədovun həbsdən azad edilməsinə nail olub. Bu barədə Sportinfo.az məlumat yayıb.
Əvvəlcə Həbib UFC prezidenti Dana Uayta müraciət etmiş, lakin Uayt BƏƏ qanunvericiliyini əsas gətirərək kömək edə bilməyəcəyini bildirmişdi. Bundan sonra Həbib birbaşa Əmirliklərin rəsmiləri ilə əlaqə saxlayıb və danışıqlar nəticəsində saxlanılan şəxslərin mərhələli şəkildə azad olunmasına dair razılıq əldə edilib.
Məlumata görə, Usman Nurməhəmmədov artıq həbsdən buraxılıb. Eyni zamanda, razılığa əsasən insident iştirakçılarının hadisə barədə ictimai açıqlama verməyəcəyinə dair təminat alınıb.
Noyabrın 13-də Əbu-Dabidə Usman Nurməhəmmədov Merab Dvalişvili ilə yaşanan dava səbəbindən 6 aylıq həbsə məhkum edilmişdi. Hadisə ilə əlaqədar daha 7 nəfər saxlanmış və onlara yüksək məbləğdə cərimələr tətbiq olunmuşdu; Merab Dvalişvili həmin gün sərbəst buraxılmışdı.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport



