IJF bayrağı Bakıda 2027-ci ilin ev sahibinə təhvil verildi
10 oktyabr 2026 — Bakıda Beynəlxalq Cüdo Federasiyasının bayrağı 2027-ci il dünya çempionatına ev sahibliyi edəcək Qazaxıstana təhvil verildi.

10 oktyabr 2026 — Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağının təhvil-təslim mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, IJF-in baş katibi doktor Lisa Allan və Qazaxıstan Cüdo Federasiyasının prezidenti Kuanyşbek Yesekeyev iştirak edib. Arenadakı bayraq dirəyindən endirilən IJF bayrağı əsas səhnəyə gətirilib.
Elnur Məmmədli bayrağı IJF-in baş katibi Lisa Allana təqdim edib, daha sonra Lisa Allan bayrağı 2027-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qazaxıstanın nümayəndəsi Kuanyşbek Yesekeyevə təhvil verib. Beləliklə, simvolik olaraq dünya çempionatına ev sahibliyi Bakıdan Astanaya keçib.
Tədbirin sonunda 2027-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək dünya çempionatının təqdimat videosu nümayiş olunub.
Mərasim Bakıda keçirilən yarışın rəsmi proqramı çərçivəsində təşkil olunub və bayrağın təhvil verilməsi gələn ildən etibarən Astanada reallaşacaq dünya çempionatının başlanğıcını simvolizə edib.
Dünya çempionatı


