GETTOSPORT

İlkin Fikrətoğlu: Xaricdən məşqçi gətirmək axmaqlıqdır

İlkin Fikrətoğlu 10 oktyabr 2026-da Bakıda qeydə alınan 0:0-lıq oyun sonrası Azərbaycan millisinin futbolçularını sərt tənqid etdi və xaricdən baş məşqçi…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
İlkin Fikrətoğlu studiyada danışır, arxa fonda Sportinfo loqosu
Foto: Sportinfo.az

10 oktyabr 2026, Bakı — Sportinfo.az və Sportinfo TV-nin baş redaktoru İlkin Fikrətoğlu UEFA Millətlər Liqasının D Liqası, II qrupunda Bakıda keçirilən 0:0 hesablı oyundan sonra Azərbaycan millisini və onun futbolçularını sərt tənqid edib. O, həmçinin milliyə xaricdən baş məşqçi gətirməyi «axmaqlıq» adlandırıb.

Fikrətoğlu bildirib ki, komandada «nə xarici, nə yerli — Lixtenşteyni udacaq səviyyədə məşqçi yoxdur», ən əsası isə «normal futbolçu yetişməyib». O, məşqçinin günahkar olduğunu qəbul etsə də, əsas məsuliyyəti oyunçuların üzərinə qoyub: “Bu futbolçularda yəni bir utanmaq, qürur hiss-zad yoxdur?”

Jurnalist keçmiş dövrlərə də toxunaraq Canni De Byazinin rəhbərliyi zamanı Maltaya, Qazaxıstana, Latviyaya məğlubiyyətlər və Estoniya ilə 0:0 nəticəsini xatırlayıb və De Byazini tərifləyənlərin mövqeyini tənqid edib. O, həmçinin Fernando Santoşun adını çəkərək belə məşqçilərin normal komandada işləyə biləcəyini vurğulayıb: “Elə məqçilər normal komandada işləyə bilər. Albaniyanı Avropa çempionatına çıxarar, Portuqaliyanı Avropa çempionu edər.”

Fikrətoğlu əlavə edib ki, «belə oyunçuları olan milliyə milyonlar xərcləyib, xaricdən baş məşqçi gətirmək axmaqlıqdır», bu addımı həm də «milləti dolamaq» və ya «kimlər uçunsə qazanc imkanı» kimi qiymətləndirib. O, mediadan komandaya lazım olan anda dəstək verdiklərini də xatırladıb və Mahir Emrelinin ifadəsinə istinad edərək bunun üzərində «bir ömürlük ayıb» qalacağını söyləyib.

Paylaş

Son xəbərlər