İnfantino: Bakıdakı U-15 dünya çempionatı hazırdır

FIFA prezidenti Canni İnfantino Bakıda keçiriləcək 15 yaşadək futbolçular arasında ilk dünya çempionatının hazır olduğunu, 189 komandanın iştirak edəcəyini və…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Canni İnfantino Bakıda U-15 dünya çempionatını elan edir
Foto: İdman.biz

FIFA prezidenti Canni İnfantino 21 oktyabr 2026-cı il tarixində Bakıda təşkil olunacaq 15 yaşadək futbolçular arasında ilk dünya çempionatı və FIFA festivalının hazırlığının başa çatdığını açıqlayıb.

İnfantino sosial şəbəkə paylaşımında dünyanın müxtəlif ölkələrindən 189 komandanın Azərbaycanda toplaşacağını qeyd edib və turnirin bütün dünyaya mühüm mesaj verdiyini vurğulayıb.

“Dünyanın hər yerindən 189 komandanın bir araya gəldiyi Bakıda 15 yaşadək futbolçular arasında ilk FIFA dünya çempionatı və festivalının keçirilməsi üçün hər şey hazırdır. Bu tarixi turnir futbolun harada yaşamasından asılı olmayaraq hər kəsə məxsus olduğuna dair bütün dünyaya güclü mesajdır. Uşaqların gələcəyinə sərmayə yatırmaqla və futbola olan ortaq sevgimiz vasitəsilə insanları birləşdirməklə biz sevinc bəxş edir, arzuların gerçəkləşməsinə kömək edirik”.

FIFA prezidenti həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəfi və AFFA komandasını təşkilati işlərə görə təbrik edib: “Dostum, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfi və AFFA-nın bütün komandasını gördükləri böyük işə və futbola bağlılıqlarına görə təbrik edirəm. Hazırda Azərbaycanda olan bütün futbolçulara, məşqçilərə və əməkdaşlara uğurlar arzulayıram. Hər anın dadını çıxarın və tarix yazın!”

FIFA həmçinin yarışların böyük hissəsinin keçiriləcəyi Hövsan yarış kompleksinin cəmi 66 gün ərzində inşa edildiyini açıqlayıb. Turnirin yekun qarşılaşmaları oktyabrın 30-da keçiriləcək.

Mənbə: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər