İnter Mayami MLS mövsümünün son oyununda Şarlottu qəbul edir
Lionel Messinin çıxış etdiyi İnter Mayami MLS-in müntəzəm mövsümünün son turunda Şarlott komandası ilə qarşılaşacaq.

Noyabrın 8-də keçiriləcək MLS-in müntəzəm mövsümünün son turunda Lionel Messinin formasını geyindiyi İnter Mayami öz meydanında Şarlott komandasını qəbul edəcək. Bu barədə Offsideplus.az məlumat yayıb.
Eyni tur çərçivəsində daha bir neçə maraqlı qarşılaşma baş tutacaq. Aleksey Mirançukun çıxış etdiyi Atlanta klubu səfərdə Nyu-York Red Bulls ilə üz-üzə gələcək. Digər bir oyunda isə Maqomed-Şapi Süleymanovun komandası San Dieqo öz meydanında Kanzas Siti ilə münasibətlərinə aydınlıq gətirəcək.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
İnter Mayami
MLS
Lionel Messi
Mançester Siti


