İqor Matanoviç Premyer Liqa klublarının nəzərinə düşdü
Frayburq hücumçusu İqor Matanoviç Arsenal, Mançester Yunayted və Çelsinin skautlarının diqqətindədir; klub transfer üçün ~50 mln funt tələb edir.

Almaniya Bundesliqasında çıxış edən "Frayburq"un 23 yaşlı hücumçusu İqor Matanoviç İngiltərə Premyer Liqasının üç klubunun diqqətini çəkib. "Arsenal", "Mançester Yunayted" və "Çelsi"nin nümayəndələrinin xorvatiyalı oyunçunu yaxından izlədikləri bildirilib.
İlk məlumata görə, Matanoviç İngiltərəyə keçməyə müsbət yanaşır. "Frayburq" isə onun üçün transfer qiymətini artıraraq təxminən 50 milyon funt-sterlinq (təxminən 59 milyon avro) tələb edir.
Bu mövsüm Matanoviç 7 oyunda meydana çıxaraq 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Klub və potensial alıcıların danışıqlarının hansı mərhələdə olduğu barədə əlavə məlumat verilməyib.
Misli Premyer Liqa
Mançester Yunayted
Arsenal
Çelsi
İngiltərə Premyer Liqası


