JJ Qabriel yanvarda Real Madridə keçməyə hazırlaşır

Mançester Yunaytedin gənc hücumçusu JJ Qabriel yanvar ayında Real Madridlə uzunmüddətli müqavilə imzalamağa razıdır; tərəflər şərtləri razılaşdırıb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
JJ Qabriel Mançester Yunayted forması ilə meydanda
Foto: Offsideplus.az

04 noyabr 2026 — Mançester Bu barədə Offsideplus.az məlumat yayıb.

Mançester Yunaytedin gənc hücumçusu JJ Qabriel karyerasını İspaniyada davam etdirmək qərarına gəlib və yanvar ayında rəsmi olaraq Real Madridə keçməyə hazırdır.

Klub və futbolçu arasında bütün şərtlərin razılaşdırıldığı, Qabrielin tezliklə Madrid təmsilçisi ilə uzunmüddətli sözləşmə imzalayacağı bildirilib. Mançester klubunun oyunçunu saxlamq üçün son ana qədər səylər göstərdiyi qeyd olunur, lakin futbolçunun İspaniyada oynamaq istəyi həlledici olub.

Transfer uğrunda Paris Sen-Jermən, Barselona və Bayern Münhen kimi Avropa nəhənglərinin də maraq göstərdiyi, amma Qabrielin Realı seçdiyi vurğulanır.

Gənc hücumçu Avropada parlaq perspektivə malik oyunçular sırasındadır və keçidin yanvar pəncərəsində reallaşacağı bildirilir.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər