Kanaki‑Yeni Kaledoniya və Fransız Polineziya Bakıda dəstək aksiyası keçirdi

25 oktyabr 2026‑da Bakıda FIFA U‑15 Dünya Çempionatı çərçivəsində Kanaki‑Yeni Kaledoniya və Fransız Polineziya komandalarına azarkeş dəstəyi aksiyası keçirilib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Atletlər Kəndi qarşısında Kanaki və Fransız Polineziya azarkeşləri ilə dəstək aksiyası
Foto: İdman.biz

25 oktyabr 2026, Bakı — Oktyabrın 25‑də Bakı Atletlər Kəndinin qarşısında Kanaki‑Yeni Kaledoniya və Fransız Polineziya (Maʻohi Nui – Tahiti) komandalarının azarkeşləri gənc futbolçulara dəstək aksiyası təşkil ediblər. Aksiya FIFA U‑15 Dünya Çempionatı və Festivalı əsnasında baş tutub.

Toplaşan azarkeşlər komandalarını salamlayaraq, milli kimlik, mədəniyyət və ənənələrə bağlılıqlarını nümayiş etdiriblər. Tədbirdə Sakit okean xalqlarının həmrəyliyi və gənc idmançıların beynəlxalq yarışlarda öz xalqlarını təmsil etməsinin əhəmiyyəti vurğulanıb.

Bakı Təşəbbüs Qrupu daha əvvəl hər iki komandanın Azərbaycana səfərini alqışlayaraq, futbolun xalqlar arasında dostluğun möhkəmlənməsinə və mədəni əlaqələrin inkişafına xidmət etdiyini qeyd etmişdi.

FIFA U‑15 Dünya Çempionatı və Festivalı oktyabrın 22‑dən 30‑a kimi Bakıda keçirilir və tədbirdə 189 futbol assosiasiyasının komandaları iştirak edir.

Mənbə: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər