Karlos Alkaras məşqi səhət narahatlığına görə yarımçıq saxladı
Dünyanın 3 nömrəli tennisçisi Karlos Alkaras ATP Yekun Turniri öncəsi Flavio Kobolli ilə məşqini mədəsində narahatlıq səbəbindən 20 dəqiqə əvvəl bitirib.

13 noyabr 2026. İspaniya və dünya tenisinin üçüncü raketkası Karlos Alkaras ATP Yekun Turniri ərəfəsində italiyalı Flavio Kobolli ilə keçirdiyi məşqi planlaşdırıldığından 20 dəqiqə tez başa vurub. Bu barədə Offsideplus.az məlumat yayıb.
Məşqin vaxtından əvvəl bitməsinə səbəb kimi səhər saatlarından etibarən Alkarasın mədəsində yaranan narahatlıq göstərilib. Hadisə barədə məlumat «Marca» nəşrinə istinadla verilib.
Alkarasın turnirdə ilk qarşılaşması noyabrın 16-da amerikalı Frances Tiafoe ilə olacaq.
Turnirdə Alkarasın eyni qrupunda rusiyalı Daniil Medvedev də yer alır.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport



