Kəpəz Gəncədən gələn uşaqları Məşq Mərkəzində qarşıladı

19 noyabr 2026-cı ildə “Kəpəz” Məşq Mərkəzində “Məktəbim UAFA Gəncə”nin yetirmələri ilə görüş keçirilib; oyunçular, məşqçilər və rəhbərlik uşaqlarla vaxt…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Kəpəz klubunun məşqçiləri və futbolçuları ilə şəkil çəkdirən uşaqlar
Foto: Sportinfo.az

19 noyabr 2026 — Gəncədən gələn “Məktəbim UAFA Gəncə” təşkilatının yetirmələri “Kəpəz” Peşəkar Futbol Klubunun Məşq Mərkəzi və Futbol Akademiyasında qonaq olublar. Tədbirdə klubun məşqçi və futbolçu heyəti, eləcə də rəsmi şəxsləri iştirak edib. Bu barədə Sportinfo.az məlumat yayıb.

Görüşdə əsas komandanın baş məşqçisi Azər Məmmədov uşaq və yeniyetmələri səmimi salamlayaraq onların gəlişindən məmnunluğunu bildirib: “Bugünkü tədbir həyatımın ən yaxşı, ən yaddaqalan görüşlərindən biridir. Bildirmək istəyirəm ki, siz – gül balalar bizlərdən birisiniz, cəmiyyətimizin layiqli övladlarısınız. ‘Kəpəz’ klubu olaraq, daima sizləri dəstəkləriyik. Sizə diqqət və qayğı göstərmək hamı kimi bizim də borcumuzdur. Sizi məmnuniyyətlə ‘Kəpəz’in ev oyunlarına dəvət edirik, sizin kimi azarkeşləri tribunalarda görməyə şad olarıq”.

Uşaqlar məşq mərkəzi və futbol akademiyası ilə tanış olublar, Gəncə şəhər stadionuna baş çəkiblər, futbolçular və məşqçilərlə şəkillər çəkdiriblər. Nahar zamanı müxtəlif təamların dadına baxan qonaqlar tədbiri şən əhval-ruhiyyədə başa vurublar.

“Məktəbim UAFA Gəncə”nin rəhbəri Rəzalə Abbasova dəvətə görə minnətdarlığını ifadə edib və belə görüşlərin fiziki və əqli məhdudiyyətli uşaqlar üçün cəmiyyətdə özlərini daha rahat hiss etmələrinə, özünəinamlarının artmasına yardım etdiyini vurğulayıb.

Mənbə: Sportinfo.az

Hazırladı: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər