Kəpəz klubunun rəsmi fan-shopu qapılarını açdı
Gəncə şəhər stadionunda "Kəpəz" klubunun rəsmi fan-shopu - 1959 Store fəaliyyətə başlayıb. Azarkeşlər üçün müxtəlif atributlar satılır.

Azərbaycan Premyer Liqasında mübarizə aparan "Kəpəz" klubunun rəsmi azarkeş mağazası - 1959 Store qapılarını azarkeşlərin üzünə açıb. Gəncə təmsilçisinin məlumatına görə, bu layihə klubsevərlərin təşəbbüsü və rəhbərliyin dəstəyi sayəsində ərsəyə gəlib.
Yeni fəaliyyətə başlayan fan-shopda uşaqlar və böyüklər üçün xüsusi dizaynlı geyimlər, oyun və nostalji formalar, şərflər, həmçinin müxtəlif klub aksesuarları satışa çıxarılıb.
Mağaza Gəncə şəhər stadionunun mərkəzi girişində yerləşir və hər gün saat 11:00-dan 19:00-dək işləyir. Bildirilib ki, "Kəpəz"in ev oyunları keçirilən günlərdə fan-shop matçın sonunadək fəaliyyət göstərəcək, səfər qarşılaşmalarında isə istirahət günü olacaq.
Mənbə: GettoSport
Kəpəz
Misli Premyer Liqa


