Kovinqton İslam Maxaçevin döyüşünü asan hesab etdi
Keçmiş müvəqqəti çempion Kolbi Kovinqton İslam Maxaçevin Karlos Prates üzərində asan qələbə qazanacağını, bunun Maxaçevin karyerasındakı ən asan döyüş olduğunu…
GettoSport redaksiyası••1 dəq oxu

8 oktyabr 2026. Keçmiş müvəqqəti UFC çempionu Kolbi Kovinqton hesab edir ki, İslam Maxaçevin Karlos Prateslə döyüşü onun karyerasındakı ən asan görüş olacaq.
Kovinqton bildirib: "Pratesin İslamı məğlub etmək şansı varmı? Heç bir şansı yoxdur. Karlosun ona qarşı heç nəyi yoxdur. O, sadəcə zərbəçidir. Bu, Maxaçevin karyerasında ən asan döyüş olacaq. Düşünürəm ki, İslam onu yerə salacaq və ya kimura, ya da qol ilə boğma fəndi tətbiq edəcək".
Xatırladaq ki, Karlos Prates daha əvvəl İslam Maxaçevə qarşı döyüşün yanvarda keçiriləcəyini bildirmişdi.



